Onlayn ictimai-siyasi qəzet
Hindistanda qəzaya uğrayan Boeing 787 tipli sərnişin təyyarəsinin uçuş məlumatlarının ilkin təhlili təəccüblü faktı ortaya çıxarıb.
Musavat.com xəbər verir ki, "qara qutu" kimi tanınan uçuş yaddaş aparatlarının analizinə əsasən, təcrübəli kapitan naməlum səbəblərdən yanacaq nasoslarını özü söndürüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir. Mütəxəssislər nasosların söndürülməsinin təyyarənin texniki vəziyyətinə və uçuş təhlükəsizliyinə necə təsir etdiyini müəyyənləşdirməyə çalışırlar. Kapitanın bu qərarı hansı səbəbdən verdiyi isə hələlik bilinmir.
Təyyarənin qəzaya uğraması nəticəsində ciddi xəsarətlər və ya itkilərlə bağlı rəsmi məlumat verilməyib. Hadisə ilə əlaqədar daha ətraflı detalların yaxın günlərdə açıqlanacağı gözlənilir.
Musavat.com
23 Iyul 2025
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ