İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar

Musavat.com xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün Tehranda İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüş keçirib. Məlumatı “Snn.ir” saytı yayıb.

Bildirilib ki, Qriqoryan “Tehran Dialoq Forumu 2025” adlı beynəlxalq tədbirdə iştirak etmək məqsədilə İrana səfər edib. Görüş çərçivəsində tərəflər regional təhlükəsizlik, nəqliyyat marşrutları və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Ermənistan son aylarda İranla diplomatik və strateji əlaqələri genişləndirməyə çalışır. İrəvan üçün Tehran Cənubi Qafqazda təhlükəsizlik zəmanətçisi kimi qəbul edilir. İran tərəfi isə Zəngəzur dəhlizi ilə bağlı narahatlığını dəfələrlə ifadə edib və Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Analitiklər hesab edir ki, bu görüş Tehran-İrəvan xəttində koordinasiyanın daha da gücləndirilməsinə, eləcə də regionda Rusiya və Qərb arasında sıxışan Ermənistanın İran kartından istifadə etməsinə xidmət edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR