İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya NATO-ya “SATAŞDI”, NATO rəsmisindən SƏRT SÖZLƏR: şikəst, sınıq...: TOQQUŞMA GEDİR

NATO-nun baş katibi Mark Rütte Fransa sahillərində qəfildən üzə çıxmış Rusiya Silahlı Qüvvələrinə məxsus "B-26"- "Novorossiysk" sualtı qayığını “tənha və sınıq” adlandırıb. O, gəminin indi patruldan "evə tərəf şikəst kimi bulana-bulana" getdiyini söyləyib.

Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, “Reuters”-in yazdığına görə, NATO-nun baş katibi Mark Rutte oktyabrın 13-də Sloveniyada çıxışı zamanı “Novorossiysk” sualtı qayığının “şikəst” vəziyyətindən danışıb. Rusiya rəsmiləri sualtı qayığın texniki nasazlıqlar səbəbindən su üstünə çıxdığını inkar edirlər.

Rusiya Qara Dəniz Donanması dizel mühərrikli “Novorossiysk” sualtı qayığında ciddi nasazlıqların yaranması ilə bağlı xəbərləri təkzib edib. Ruslar iddia edirlər ki, sualtı qayıq La-Manş boğazında naviqasiya qaydalarına riayət etmək üçün Fransa sahillərində su üzərinə çıxıb. Bununla belə, jurnalistlərin məlumatına görə, Niderland rəsmiləri bir gün əvvəl sualtı qayığın Şimal dənizində yedəyə alındığını bildiriblər.

Mark Rütte çıxışında gəmini “sınmış” adlandırıb və Rusiya hərbi dəniz donanmasının Aralıq dənizindən demək olar ki, tamamilə çıxdığını bəyan edib.

"Orada tənha və sınıq-salxaq Rusiya sualtı qayığı patruldan evə doğru bulana-bulana gedir", - NATO-nun baş katibi belə deyib.

Xatırladılır ki, Rusiyanın "Novorossiysk" sualtı qayığı oktyabrın 9-da Fransa yaxınlığında su üzünə çıxıb. NATO Dəniz Komandanlığı foto-şəkillər dərc edərək, sualtı qayığın təsadüfən aşkar edildiyini bildirib. Rusiya mətbuatı qayığın üzə çıxmasına mümkün səbəb kimi yanacağın sızmasını göstərib.

"Novorossiysk" sualtı qayığı Rusiya Qara Dəniz Donanmasının 4-cü əlahiddə briqadasına daxidlir, 6 torpedo qurğusu var və 4 "Kalibr" raketi ata bilir.

O da xatırladılır ki, oktyabrın 1-də KİV Fransa xüsusi təyinatlılarının Benin bayrağı altında üzən "kölgə" Rusiya tankerini ələ keçirməsi barədə məlumat yayıb. Gəmi Danimarkadakı hərbi obyektlər üzərində görünən pilotsuz uçan aparatların buraxılışında şübhəli bilinir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR