Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, ölkəsi konstitusiyanın dəyişdirilməsi ilə bağlı öhdəlik götürməyib.
Musavat.com xəbər verir ki, o, bu fikri Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə birgə mətbuat konfransında səsləndirib.
Mirzoyan Azərbaycan tərəfinin sülh sazişinin imzalanması üçün irəli sürdüyü şərtlərə münasibət bildirərək bunları söyləyib:
“Siz özünüz də qeyd etdiniz - söhbət ATƏT-in Minsk Qrupunun ləğvindən və konstitusiyanın dəyişdirilməsindən gedir. Minsk Qrupu məsələsi artıq siyasi qərarla həll olunub, texniki məsələlər dekabradək yekunlaşacaq. Konstitusiyaya gəlincə, bu mövzu heç vaxt gündəlikdə olmayıb”.
Erməni nazirin sözlərinə görə, konstitusiyanın dəyişdirilməsi və ya yeni sənədin qəbul edilməsi Ermənistanın daxili siyasi məsələsidir, bu barədə qərarı yalnız Ermənistan vətəndaşları verə bilər.
“Ermənistan belə bir öhdəlik götürməyib. Bu, ölkənin daxili məsələsidir. Azərbaycan bunu şərt kimi irəli sürsə də, biz bu əlaqəni qəbul etmirik”, - deyə Mirzoyan qeyd edib.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ