İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya desant əməliyyatına HAZIRLAŞIR

Rusiya ordusu Xersonun infrastrukturunu hədəf almaqda davam edir. CNN-in məlumatına görə, avqustun əvvəlindən etibarən rus qoşunları Karantin adasında yerləşən Korabel mikrorayonunu intensiv atəşə tutur.

Musavat.com xəbər verir ki, avqustun əvvəlindən Rusiya qüvvələri idarə olunan bombalardan istifadə edərək rayonu şəhərin qalan hissəsi ilə birləşdirən körpünü hədəfə alır.

Xerson Hərbi Administrasiyasının məlumatına görə, zərbələr nəticəsində dinc sakinlər həlak olub.

Rayonda hələ də 1800-ə yaxın insan var ki, onlardan 187-si hərəkət imkanı məhdud, 31-i uşaqdır. Körpünün zədələnməsi və humanitar yardımın çatdırılmasında yaranan fəsadlar səbəbindən hakimiyyət Korabel sakinlərini təxliyə etməyə çağırıb.

Bu zərbələr fonunda Rusiya komandanlığının Xerson vilayətinin adaları istiqamətində desant əməliyyatı hazırlaya biləcəyi ehtimalı müzakirə olunur. Ukraynanın Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Vladislav Voloşin bildirib ki, Rusiya ordusu adalara kiçik diversiya qrupları çıxarmağa çalışır. Lakin onun sözlərinə görə, Dnepr çayını genişmiqyaslı keçmə cəhədi hələlik real deyil. Voloşin eyni zamanda rus diversiya-kəşfiyyat qruplarının Xerson şəhərinin özünə daxil olması ilə bağlı iddiaları təkzib edib.

Hərbi ekspertlər hesab edirlər ki, rus ordusunun Dnepr çayını keçərək sağ sahildə möhkəmlənməsi olduqca çətin və az ehtimal olunan bir ssenaridir. Ukraynalı hərbi ekspert Nikolay Sunqurovski mövcud şəraitdə desant əməliyyatı ilə irəliləməyə çalışmanın uğursuz olacağını düşünür.

CNN qeyd edir ki, Rusiya rəhbərliyinin əsas hədəflərindən biri Xerson və ətraf ərazilərə nəzarəti bərpa etməkdir. Xatırladaq ki, region genişmiqyaslı işğalın ilk həftələrində Rusiya tərəfindən ələ keçirilmiş, lakin sonradan Ukrayna Silahlı Qüvvələri tərəfindən azad edilmişdi.

Bu arada Xersonda dinc sakinlər Rusiya artilleriyası və dron hücumları nəticəsində əziyyət çəkməyə davam edir. Şəhərin əsas xəstəxanasında son zərbələrdən zərər çəkmiş ən azı 25 nəfərin müalicə olunduğu bildirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR