Onlayn ictimai-siyasi qəzet
İrəvanda Həbsdə olan rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi planı artıq hazırdır və tezliklə praktiki mərhələyə keçəcək.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin baş naziri Nikol Paşinyan Facebook hesabında açıqlayıb:
"Ermənistanın Elektrik Şəbəkələri QSC-nin milliləşdirilməsi planı hazırdır. Biz tezliklə praktiki mərhələyə qədəm qoyacağıq. Proseslər Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək".
Bundan əvvəl Paşinyan erməni xalqına dəymiş ziyanı ödəməsə, şirkətin milliləşdirilməsinin mümkünlüyünü istisna etməyib. O, ziyanın ödənilməsi üçün iyunun 21-nə qədər möhlət verdiyini bildirib. Eyni zamanda rmənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası (PSRC) “Ermənistanın Elektrik Şəbəkələri” şirkətini aşkar etdiyi pozuntulara görə 10 milyon dram (təxminən 26 min dollar) məbləğində cərimələdiyini açıqlayıb.
“Ermənistanın Elektrik Şəbəkələri” QSC-nin mətbuat katibi Natalya Sarcanyan TASS-a bildirib ki, şirkət Ermənistanın baş naziri Nikol Paşinyanın açıqladığı erməni xalqına vurulan zərər barədə məlumatlı deyil.
Musavat.com
25 Iyun 2025
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ