İnsanlara hürriyət, millətlərə istiqlal!

Spirtli içki içənlərin NƏZƏRİNƏ: Həkim elə şeylər açıqladı ki...

Bütün alkoqollu içkilər ağız sağlamlığı üçün təhlükəlidir.

Bunu praktiki stomatoloq-parodontoloq, tibb elmləri namizədi Yeganə Maroufidi deyib.

O bildirib ki, güclü spirtli içkilər, şərab, pivə və sidr şəkər fermentasiyasının məhsullarıdır və bu səbəbdən ağız boşluğunda müxtəlif patologiyalara yol aça bilər.

"İlk növbədə, spirtin mahiyyətini başa düşməliyik. Bu maddə meyvə, tərəvəz və taxıllarda olan şəkərin qıcqırması nəticəsində yaranır", – deyə mütəxəssis vurğulayıb.

Həkimin sözlərinə görə, fermentasiya prosesi nəticəsində əmələ gələn turşu birləşmələri kariyes, müxtəlif eroziyalar və diş əti xəstəliklərinə səbəb olan bakteriyaların yayılmasına şərait yaradır.

Bundan başqa, Maroufidi əlavə edib ki, spirt molekullarının orqanizm tərəfindən udulması ağız boşluğunun pH balansını dəyişir ki, bu da müxtəlif xəstəliklərə səbəb ola bilər. Spirtli içki qəbul edildikdə yaranan vazokonstriktiv (damar daraldıcı) təsir sinir uclarını qıcıqlandırır və ağrıya yol açır. Nəticədə, bədəndə maye itkisi baş verir və bu da ağız boşluğunun quruluğuna səbəb olur. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2025

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR