İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda azyaşlılar binanın damında “TikTok” çəkdilər - Təhlükəli anlar kamerada

MİDA-nın Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksində təhlükəli anlar yaşanıb.

Musavat.com xəbər verir ki, bir neçə uşaq kompleksin 9-cu binasının damına çıxaraq sosial şəbəkə üçün video çəkiblər.

Bununla bağlı yayılan videoda uşaqların hündürmərtəbəli binanın damında təhlükəli hərəkətlər etməsi, əyləncə üçün bir-birini telefona çəkməsi aşkar görünür.

Qeyd edək ki, bu cür nəzarətsizlik, hündürmərtəbəli binaların damına çıxışın asan və nəzarətsiz olması dəfələrlə ağır faciələrə yol açıb.

Hadisə sakinlər arasında da narahatlıq və narazılıq yaradıb. İddia olunur ki, uşaqlar “TikTok” üçün çəkilişlər aparıblar.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR