Onlayn ictimai-siyasi qəzet
Mərkəzi Hərbi Hospitalın tanınmış həkimi, lor-cərrah Gündüz Məmmədov faciəvi şəkildə vəfat edib.
O, Şamaxıdakı evində qaz sızması nəticəsində dünyasını dəyişib.
Hadisə baş verən vaxt G.Məmmədov evdə tək olub.
Onun Bakıdan ezamiyyətə yola düşdüyü, bir gün Şamaxıdakı bağında qalıb oradan Gəncəyə getməyi planlaşdırdığı bildirilir.
G.Məmmədov savadlı və fitri istedadı ilə fərqlənən cərrah kimi tanınırdı. O, orta məktəbi qızıl medalla, Azərbaycan Tibb İnstitutunu isə fərqlənmə diplomu ilə bitirib.
Mərhum bu il 65 illik yubileyini keçirəcək, həmçinin nişanlı olan iki qızını evləndirəcəkdi./medicina.az
06 May 2025
03:06 Genetik kodlarla yazılmış talelər: Qohum evlilikləri ilə bağlı sərt tədbir görülməsi vacibdir?
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ