Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonunun Digah qəsəbəsində tar müəlliminin özünü öldürməsi ilə bağlı bəzi detallar məlum olub.
Əlibaxış Ağayev son iki ayda gərgin və fikirli görünürmüş. Dünən səhər saatlarında o, işlədiyi musiqi məktəbində tar dərsi keçib.
Günorta saatlarında məktəbdən çıxanda müəllim yoldaşları ilə görüşərkən bilib ki, onların bəzisi Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiya imtahanından keçə bilməyib. "Onsuz da mən də kəsiləcəyəm" deyən Ə.Ağayev müəllim yoldaşları ilə sağollaşıb evinə gedib. Günün ikinci yarısında isə müəllimin intihar etdiyi barədə məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, Ə.Ağayevin həm kredit, həm də aliment borcu olub. Həmin borcları ödəyə bilməkdə çətinlik çəkən müəllim boş vaxtlarında qəsəbə ərazisində aparılan fərdi tikinti sahələrində fəhləlik də edirmiş. (Oxu.Az)
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ