Onlayn ictimai-siyasi qəzet
Texas ştatının qubernatoru Qreq Ebbott Rusiya, Çin və İran vətəndaşlarına torpaq satışını qadağan edən qanun layihəsi hazırlayır.
Musavat.com xəbər verir ki, bu təşəbbüs ABŞ Milli Kəşfiyyat İdarəsinin həmin ölkələri potensial təhlükə kimi qiymətləndirməsi ilə əlaqələndirilir.
Qanun layihəsi yalnız fərdi şəxsləri deyil, həmçinin bu dövlətlərin hökumətləri ilə əlaqəsi olan şirkətləri də əhatə edir. Siyahıya daxil ediləcək ölkələrin vətəndaşları və qurumları Texas ərazisində daşınmaz əmlak sahibi olmaq hüququndan məhrum ediləcək.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ