Onlayn ictimai-siyasi qəzet
ABŞ səfirliyi Tiflisdə ticarət mərkəzlərində partlayış təhlükəsi barədə öz vətəndaşlarını xəbərdar edib.
Musavat.com xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfirliyi Tiflis şəhərində yerləşən East Point, Galleria Tbilisi və Tbilisi Mall ticarət mərkəzlərində mümkün partlayışlar barədə xəbərdarlıq yayıb.
Məlumata görə, səfirliyin Regional Təhlükəsizlik İdarəsi diplomatlara bu mərkəzlərdən uzaq durmağı tövsiyə edib və ikinci bir göstərişə qədər həmin ərazilərdən istifadə etməmələri bildirilib.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) isə yayılan bu məlumatların yalan olduğunu iddia edib.
Qurum ABŞ diplomatlarını razılaşdırılmamış açıqlamalardan çəkinməyə çağırıb.
Hadisə Gürcüstanda ictimai təhlükəsizliklə bağlı ciddi suallar yaradıb. Tərəflər arasında diplomatik gərginliyin yaranacağı istisna edilmir.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ