Onlayn ictimai-siyasi qəzet
İsrail və İran yaxın gələcəkdə münaqişəni bərpa edə bilər, lakin hər iki tərəf hazırda döyüşlərdən tükənib və hərbi əməliyyatları davam etdirməyə həvəsli deyil.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Haaqada NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
“Onlar hər ikisi yorulub, tükəniblər. Çox qızğın, çox amansız döyüşdülər və hər ikisi evlərinə qayıtmaqla razı qaldılar. Bu yenidən başlaya bilərmi? Fikrimcə, nə vaxtsa başlaya bilər. Ola bilsin, yaxın vaxtlarda başlasın”, – deyə o, bildirib.
Bununla belə, dövlət başçısı bir neçə dəqiqə əvvəl verdiyi açıqlamada İsrail və İran arasında döyüşlərin yenidən başlayacağına inanmaması ilə bağlı əminliyini ifadə edib.
“Bu, 12 günlük bir müharibə idi və düşünürük ki, artıq bitdi. Mən inanmıram ki, onlar yenidən bir-birinə hücum etməyə hazırlaşırlar. Belə düşünmürəm”, – deyə Tramp əvvəlki çıxışında qeyd edib.
ABŞ administrasiyası gələn həftə İranla onun nüvə proqramı ilə bağlı danışıqlar aparmağı və razılıq əldə etməyi planlaşdırır. Bu barədə Tramp mətbuat konfransında məlumat verib.
“Baxın, biz gələn həftə İranla danışıqlar aparacağıq. Bəlkə də bir razılaşma imzalayacağıq”, – deyə o bildirib.
“Məni razılaşmanın olub-olmaması maraqlandırmır. Biz onların nüvə proqramını məhv etdik”, – deyə Tramp əlavə edib.
Musavat.com
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ