Onlayn ictimai-siyasi qəzet
Musavat.com səhər saatlarında Rusiya-Ukrayna müharibəsində daha bir soydaşımızın həlak olması ilə bağlı xəbər verib.
Ukraynada yaşayan diaspora fəalı Yalçın Qəhrəmanoğlu saytımıza həlak olan şəxsin Ukrayna vətəndaşı Əliyev Ruslan Akif oğlu olduğunu təsdiqləyib.
Bildirib ki, 2014-cü ildən könüllü olaraq Ukraynanın müdafiəsinə qalxan və uzun döyüş yolu keçən R.Əliyev ölkənin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçib.
Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Əliyev 1990-cı ildə doğulub.
Soydaşımız 2025-ci il mayın 3-də Xarkov vilayətinin Volçansk şəhəri istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Allah rəhmət eləsin!
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ