İnsanlara hürriyət, millətlərə istiqlal!

Vatikan protokolu pozdu: Zelenski Trampın yanında ön sırada əyləşdirildi - FOTO

Vatikan mərasim protokolunu dəyişərək Ukrayna Prezidenti Volodimir Zelenskini Papa Fransiskin dəfn mərasimində birinci sıraya yerləşdirib. Bu barədə The Telegraph məlumat yayıb.

Musavat.com xəbər verir ki, protokola əsasən, Zelenskinin üçüncü sırada və ya daha arxa cərgədə oturmalı olduğu bildirilirdi. Lakin faktiki vəziyyətdə o, ABŞ Prezidenti Donald Trampın sağ tərəfində, 11-ci yerdə əyləşdirilib. Trampın sol tərəfində isə Hindistan, Macarıstan, Qabon, Fransa və Finlandiya prezidentləri yer alıblar.

Vatikanın mətbuat katibi Matteo Bruni The Telegraph-a açıqlamasında bildirib:
“Məncə, onlar (Zelenski və Ukraynanın birinci xanımı Olena Zelenska) sadəcə boş qalmış yerləri doldurdular.”

Qeyd olunur ki, digər dövlət və hökumət nümayəndələri üçün isə protokol qaydalarına ciddi əməl olunub. Belə ki, Uels Şahzadəsi üçüncü sırada, Almaniya Kansleri Olaf Şoltsun yanında oturub. Argentina Prezidenti Xavyer Milei isə birinci sıranın ən kənarında, İsveçrə qvardiyasının yanında yerləşdirilib.

Müşahidəçilər Vatikanda bu cür fərqli yanaşmanı diqqətəlayiq bir jest kimi qiymətləndirir və bunun Ukrayna ilə həmrəylik mesajı kimi başa düşülə biləcəyini vurğulayırlar.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR