İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaş müharibəsi başlayan Liviyadan SON XƏBƏR: Müdafiə Nazirliyi xüsusi açıqlama yaydı

Liviyanın Milli Razılıq Hökumətinə (PNA) tabe olan Müdafiə Nazirliyi Tripolidə “hərbi əməliyyatın uğurla başa çatdığını” açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Liviyanın Al-Wasat telekanalı yayıb.

Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, qurum “davamlı təhlükəsizlik və sabitliyi təmin etmək üçün regionda öz planının həyata keçirilməsini başa çatdırmaq” göstərişini verib. Nazirlik əməliyyatın təfərrüatlarını açıqlamayıb.

Al Wasat-ın məlumatına görə, Müdafiə Nazirliyi həmçinin Liviya Prezident Şurasında Təhlükəsizlik və Sabitliyin Qorunması İdarəsinin öldürülmüş rəhbəri Əbdülqani əl-Kiklinin sığınacağı olan Əbu Səlim bölgəsinə tam nəzarət etdiyini bildirib.

Qeyd edək ki, dünən axşam Tripolinin cənubunda 444-cü Döyüş Briqadası ilə Təhlükəsizlik və Sabitliyə Nəzarət Aparatı arasında toqquşmalar baş verib. Hadisənin gərginləşməsinə səbəb qərargah rəisinin ölümü olub. Ölkənin təhlükəsizlik güclərindəki mənbə telekanala təsdiqləyib ki, Qaniva kimi tanınan əl-Kikli bazar ertəsi axşam 444-cü briqadanın qərargahında öldürülüb. Mənbənin sözlərinə görə, əl-Kiklinin qərargahda olmasının səbəbi məlum deyil, lakin onun “görüşə aldadılaraq aparıldığı” ehtimalı var.

Son məlumata görə, qarşıdurma nəticəsində azı 6 nəfər xəsarət alıb. Tripolidə fövqəladə hallar xidməti yüksək hazırlıq vəziyyəti elan edib. Şəhərə hərbi texnika gətirilib. Mitiqa Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb və uçuşlar Tripolidən 200 km şərqdə yerləşən Misurata şəhərinə yönləndirilib. Paytaxtda yerləşən PNA-ya tabe olan Daxili İşlər Nazirliyi müraciətində vətəndaşları “öz təhlükəsizlikləri üçün evlərində qalmaq və küçələrə çıxmamaq məsuliyyətini daşımağa” çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR