İnsanlara hürriyət, millətlərə istiqlal!

Voronejdə azərbaycanlılara qarşı genişmiqyaslı reydlər başladı: Diaspor nümayəndələrimiz saxlandı - VİDEO

Rusiyanın Voronej şəhərində miqrasiya qanunvericiliyinin guya yoxlanılması adı altında genişmiqyaslı reydlər keçirilir.

Musavat.com xəbər verir ki, yerli KİV-lərin yaydığı məlumatlara görə, bu “yoxlamalar” nəticəsində əsasən azərbaycanlı diasporunun nümayəndələri saxlanılıb.

Rəsmi məlumatlarda bildirilir ki, saxlanılanlar arasında Azərbaycan, Kuba və Mərkəzi Asiya ölkələrinin vətəndaşları var. Lakin sosial şəbəkələrdə yayılan görüntülərdə əksər hallarda sıraya düzülüb aparılan şəxslərin azərbaycanlı olduğu diqqətdən yayınmır. Saxlanılanlar xüsusi təyinatlılar tərəfindən kobud şəkildə, “cinayətkarları aparırmış kimi” ard-arda düzdürülərək, müşayiətlə naməlum istiqamətə aparılır.

Müxtəlif hüquq müdafiəçiləri və jurnalistlər qeyd edirlər ki, son vaxtlar Rusiyada miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı təzyiqlər açıq şəkildə artıb. Onları yalnız sənəd yoxlama bəhanəsi ilə saxlamır, həm də çox zaman “cərimə” adı ilə pul tələb olunur, bəzi hallarda isə hətta müharibəyə aparmaq üçün müqavilələr imzalatmağa çalışırlar.

Ekspertlər bu cür reydlərin Rusiyanın Ukraynada aparmaqda davam etdiyi müharibənin artan insan resursu ehtiyacı ilə də bağlı olduğunu istisna etmirlər. Bəzi hallarda saxlanılan şəxslərə məhz Müdafiə Nazirliyi ilə müqavilə imzalatdırılmağa cəhd edilir.

Hazırda Voronejdəki azərbaycanlı icması ciddi narahatlıq içindədir və belə hallar miqrantlar arasında qorxu dalğası yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR