İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei onu komandan TƏYİN ETDİ

İranın ali lideri Əli Xamenei briqada generalı Məhəmməd Kərimini İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Komandanı vəzifəsinə təyin edib.

Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Xameneinin sərəncamında deyilir:

"Briqada generalı Məhəmməd Kərimini SEPAH-ın Quru Qoşunları Komandanı təyin edirəm. SEPAH-ın Quru Qoşunlarına komandanlıq etdiyi dövrdə göstərdiyi dəyərli və təsirli xidmətlərə görə general Pakpurun fəaliyyətini yüksək qiymətləndirir və təşəkkür edirəm".

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR