Onlayn ictimai-siyasi qəzet
Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana 20:00 radələrində gətiriləcək.
Qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli Musavat.com-a bildirib ki, bu barədə Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğundan məlumat verilib.
“Mənə bildirdilər ki, qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə 20:00 radələrində Bakıya çatacaq”. O, qardaşlarının dəfn yerinin hələ müəyyənləşmədiyini bildirib.
Şahanə Rəhimli
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ