İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir gün Paşinyan Anna ilə Bakıya gəlsə...

Baş nazir Nikol Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan hava məkanından istifadə edib. Ermənistan hökumətinin sözçüsü Nazeli Bağdasaryana görə, avqustun 30-da təyyarə xarici səfərə hava məkanımız üzərindən yola düşüb, sentyabrın 6-na keçən gecə isə eyni marşrutla ölkəsinə qayıdıb.

Bağdasaryan həmçinin bildirib ki, Ağ Evdə imzalanmış üçlü Birgə Bəyannamədən sonra İrəvan Bakıya rəsmi müraciət edərək bu icazəni alıb. Sitat: “Biz bu addımı regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəli aparılması və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində praktik addım kimi qiymətləndiririk”.

Nəzərə alsaq ki, Qarabağ ixtilafı səbəbi ilə 30 ilə yaxın müddətdə Ermənistanın təyyarələri hava məkanımızdan istifadə etməyib, onda bunu gerçəkdən tarixi və mühüm ilk adlandırmaq olar. Faktın özü həmçinin o anlama gəlir ki, Bakı ilə İrəvan arasında “Qarabağ məsələsi” tam qapanıb. Zatən sentyabrın 1-də ATƏT-in Minsk Qrupunun de-yure ləğvi buna heç bir şəkk-şübhə saxlamadı. Separatçı-revanşistlərin “qatarı” həmişəlik getdi...

Paşinyanın təyyarəsinə gəlincə, bütün hallarda Azərbaycan və Ermənistan arasında düşmənçiliyi sonlandırmaq baxımından bu, növbəti yaxşı xəbərdir. Həftə öncəsi uzaq Çində 1-ci ledilər arasında baş tutmuş görüşü də əgər tarixi ilk hesab eləsək, nikbinliyə ümidlər artır. Hərgah xoş olmayan xəbər də var. Bu haqda az aşağıda.

Şübhəsiz, sülhpərvər dövlət kimi Azərbaycanın səması da sülh səmasıdır. Bizim hava məkanımızda heç bir mülki təyyarəyə təhlükə ola bilməz. Hətta bir gün Nikol arvadı Anna ilə birgə Bakıya rahatca eniş də edə bilər. Ancaq böyük ehtimalla, sülh müqaviləsi imzalandıqdan sonra. İstisna deyil ki, Paşinyan geri qayıdanda özü ilə iki xalq arasında etimadı gücləndirmək naminə əfv edilmiş bir neçə separatçı məhbusu da aparsın...

Bəd xəbərə gəlincə, o da budur ki, GALLUP beynəlxalq təşkilatının Ermənistanda keçirdiyi son sorğunun (25-30 avqust) nəticələrinə görə, respondentlərin 58%-i bildirib: “Konstitusiyaya dəyişiklik Ermənistanın daxili işidir və heç bir ölkənin, o cümlədən də Azərbaycanın bu prosesə müdaxilə etmək hüququ yoxdur”.

Rəyi soruşulanların 25,1%-i isə iddia edib ki, bu, növbəti siyasi tələdir və məsələnin həllindən asılı olmayaraq, Bakı guya sülh sazişini imzalamayacaq. Yalnız 12,2% “Azərbaycanla real və uzunmüddətli sülh gətirəcəyi təqdirdə konstitusiya dəyişikliklərinin lehinə səs verəcəyini” bildirib.

Əvvəla, “miatsum” havasından çıxmayanlara bir daha xatırladaq ki, Ermənistan Konstitusiyasına dəyişiklik Azərbaycanın yox, beynəlxalq hüququn tələbidir! Bunu, nəhayət, anlamaq və meymunluğa son qoymaq zamanıdır. Nə qədər ki, erməni ictimai şüurunda bu bəsit həqiqət oturuşmayıb, o zaman iki xalqın barışığı da əlçatmaz olacaq.

Deməli, sərhədlər, kommunikasiyalar da açılmayacaq. Çünki normal qonşuluq prinsipi özünə rəva bilmədiyini başqasına görməməyi diktə edir. Qonşunun torpağında rəsmən gözü olan bir ölkə ilə kim siyasi-diplomatik, iqtisadi-ticari əlaqələr qurar ki?

Ümid edək ki, referendumadək Paşinyan hökumətinin səyləri bəhrəsini verəcək və faiz göstəricisi tezliklə normal qonşuluğun tələb elədiyi gərəkən səviyyəyə çatacaq. Əks təqdirdə ermənilər özlərindən küssün. Çünki referendum və ya seçki həm də hərblə sülh arasında seçim olacaq. Qonşu toplum daha bir müharibə istəyirsə, onu alacaq.

Yeri gəlmişkən, Paşinyan seçkilərə elə bu şüarla gedir. Düz də edir. Ya “sülh partiyası” ilə olacaqsınız, ya da...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Sentyabr 2025

01 Sentyabr 2025

16 Avqust 2025

15 Avqust 2025

13 Avqust 2025

09 Avqust 2025

08 Avqust 2025

05 Avqust 2025

02 Avqust 2025

01 Avqust 2025

30 Iyul 2025

29 Iyul 2025

26 Iyul 2025

25 Iyul 2025

18 Iyul 2025

15 Iyul 2025

11 Iyul 2025

09 Iyul 2025

07 Iyul 2025

01 Iyul 2025

24 Iyun 2025

21 Iyun 2025

16 Iyun 2025

13 Iyun 2025

11 Iyun 2025

09 Iyun 2025

04 Iyun 2025

03 Iyun 2025

02 Iyun 2025

30 May 2025