Onlayn ictimai-siyasi qəzet
Xocalı və Meşəli cəlladı Vaqif Xaçatryanın həbsi Ermənistanın terrorçu dövlət olduğunu bir daha gözlərimiz önünə sərdi. Zatən, bunu bilirdik. Ermənidən fərqli, insani davranış gözləmək canavardan vegetarianlıq gözləmək qədər əbəs və absurddur...
Neçə gündür o tərəfdən it hürüşməsi kəsilmir. TIR-larla bağlı iniltilərinə çaqqal ulaşması da əlavə olunub. Rəsmi İrəvan bəşəriyyət əleyhinə cinayət törətmiş bir ikiayaqlı caninin yaxalamağımızı heç cür “həzm edə” bilmir. Gözlərini yumub ağızlarını açıblar.
Zərrəcə utanıb eləmədən, heyrət doğuracaq sırtıqlıqla, klassik riyakarlıqla, dövlət səviyyəsində (!) Bakını “beynəlxalq cinayət əməli”ndə”, nə bilim, “bütün humanitar konvensiyaları” pozmaqda ittiham edirlər. Üstəgəl, həyasızcasına Avropa İnsan Haqları Məhkəməsinə artıq şikayət də göndəriblər. Sırf bir səbəbə - Azərbaycanın qandalladığı erməni olduğu üçün!..
Əlbəttə, “axırıncı Türk lal, kar da olsa öldürülməlidir!” deyən Qaregin Njde kimi vəhşilər yetişdirmiş “qədim” və “mədəni” millətə bu böhtandır. İftiradır. “Mələksima” erməni hara, cinayət, terror, kütləvi qətllər törətmək, soyqırımında suçlanmaq hara?
Ənənəvi hay məntiqi yəni. Axı erməni sadəcə, “özünü barbar Türkdən qorumaq” üçün vuruşa, “qəhrəmanlıq” göstərə bilər, o cümlədən Xaçatryan. Qısacası, psixopat və şizofrenik ermənilərin gözündə türklərə qarşı bütün cinayətlər, qətliamlar onlara ana südü kimi halal bilinibsə, kimsə onlara “gözün üstdə qaşın var” deyə bilməz. İzah, “məntiq” bu dərəcədə bəsit...
Keçək indi Arman Tatoyana - Ermənistanın sabiq ombudsmanına və onun sayıqlamasına. Bu zat Bakını üstəlik, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) qüvvədə olan qaydalarını pozmaqda ittiham edib. Guya “Laçın” postundan “Qırmızı Xaç” vasitəsilə keçəcək adamların siyahısı qabaqcadan Azərbaycan tərəfi ilə razılaşdırıldığı, konkret siyahı təqdim edildiyi üçün sərhədçilərimizin onlardan heç birini saxlamaq haqqı-hüququ yoxdur.
Var! Bal kimi var! Bu, hələ özünü hüquq mütəxəssisi sayır.
Əvvəla, “Qırmızı Xaç”ın özü erməni separatizmi və işğalının gizli simpatizanı olaraq (buna adi onlarla faktı Azərbaycan KİV-i ictimailəşdirib) öncə öz nizamnaməsinə əməl eləsin. Orada aydın yazılıb ki, BQXK-nin yerli ofisi ərazisində yerləşdiyi ölkənin paytaxtındakı mərkəzi quruma tabedir. Xankəndindəki ofis isə Bakıdakı yox, İrəvandan idarə olunur. Yəni ərazi bütövlüyümüzü və suverenliyimizi saymazlıq məsələsi.
İkincisi, bəşəriyyət əleyhinə cinayətlər üçün zaman məfhumu yoxdur. Bunu da “hüquqşünas” Tatoyan qulağında çoxdan sırğa eləməli idi. Bəli, Azərbaycan postda yoxlanışdan keçəcək hayların siyahısını öncədən təsdiqləyə bilər. Lakin bu heç də o anlama gəlmir ki, axtarışa verdiyi caninin də sərbəst keçidini təmin edəcək. Hansı normal dövlət buna gedər?
Sözsüz ki, Azərbaycan siyahıda V.Xaçatryanın olduğunu qabaqcadan bilib. Elə bu yolla da onu yaxalayıb. Əcəb də edib. Əgər erməni tərəfi cinayətkarları yalnız öz murdar soyundan olduğu üçün bizə təhvil vermirsə, əksinə, milli qəhrəman sayıb onlara abidə qoyursa, bu şərəfsizlərin tapılıb cəzalarına çatıdırlması üçün seçdiyimiz istənilən yol məqbul!
Humanizmdən, “humanitar konvensiyalar”dan dəm vuranlara bax! Görəsən Xaçatryanın onlarla günahsız azərbaycanlını, uşağı, qocanı, qadını qətlə yetirməsi, diri-diri yandırması nə imiş – humanitar aksiya? Barı dillərini “beşinci nöqtə”lərinə soxub sussaydılar...
Odur ki, nə qədər hürür-hürsünlər, hara müraciət göndərir-göndərsinlər. Lap Baydenə şikayət eləsinlər. Xeyri yoxdur. Daşdan keçən dəlil-sübutlar əlimizdə. Xaçatryana Njde kimi Ermənistanda heykəl də qoyulsa (yəqin ki, olacaq), bu terrorçu-alçaq layiq olduğu cəzanı mütləq alacaq və Azərbaycan türməsində miskincəsinə gəbərəcək. Və o, sonuncu da olmayacaq.
İnşallah, sıra əlləri dirsəyədək Azərbaycan xalqının qanına bulaşmış digər cani-vandallara - Robert Köçəryana, Serj Sərksiyana, Seyran Ohanyana, Samvel Babayana, Vitali Balasanyana, başqalarına da çatacaq. “Allah gec edər, güc edər...”
06 Sentyabr 2025
01 Sentyabr 2025
16 Avqust 2025
15 Avqust 2025
13 Avqust 2025
09 Avqust 2025
08 Avqust 2025
05 Avqust 2025
02 Avqust 2025
01 Avqust 2025
30 Iyul 2025
29 Iyul 2025
26 Iyul 2025
25 Iyul 2025
18 Iyul 2025
15 Iyul 2025
11 Iyul 2025
09 Iyul 2025
07 Iyul 2025
01 Iyul 2025
24 Iyun 2025
21 Iyun 2025
16 Iyun 2025
13 Iyun 2025
11 Iyun 2025
09 Iyun 2025
04 Iyun 2025
03 Iyun 2025
02 Iyun 2025
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ