İnsanlara hürriyət, millətlərə istiqlal!

3 ayda İrandan 1,8 milyon əfqan deportasiya edilib

Üç ayda ən azı 1,8 milyon əfqan miqrant İrandan, 184 min Pakistandan, 5 min nəfər isə Türkiyədən deportasiya edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Əfqanıstanın qaçqınlarla iş üzrə nazirinin müavini Əbdül Rəhman Rəşid Kabildə keçirdiyi brifinqdə bildirib.

Rəsminin sözlərinə görə, Əfqanıstan qayıdan miqrantlara kömək edir: departament yerli və beynəlxalq təşkilatlarla 120-dən çox müqavilə bağlayıb, bunun sayəsində 78 milyon dollar cəlb etmək, 34 min insanı öyrətmək, 420 min ailəyə ərzaq və pul paylamaq mümkün olub. Həmçinin 5 minə yaxın müvəqqəti yaşayış evi tikilib və ya təmir edilib, 11 min ailə çadır şəhərciklərindən öz evlərinə köçürülüb.

Bundan əlavə, nazirliyin məlumatına görə, İran və Pakistandakı həbsxanalardan 10 minə yaxın əfqan azad edilib. Repatriantlar üçün 38 qəsəbənin yaradılması istiqamətində də işlərə başlanılıb - bəzi ərazilərdə tədqiqat işləri artıq başa çatıb.

“Taliban” qeyd edib ki, Çin və Qətərin “Qızıl Aypara” təşkilatları miqrantlara çadırlar, təcili yardım maşınları, su çənləri və digər avadanlıqlar verib.

Buna baxmayaraq, Amu.tv-nin yazdığı kimi, geri qayıdan əfqanların özləri bildirirlər ki, əslində onlar yalnız simvolik yardım alırlar, ya da heç almırlar. Bəziləri İrandan deportasiya olunarkən zorakılığa, döyülməyə və əmlaklarının müsadirə olunduğunu da bildiriblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR