İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da erməni dəstəsinə ağır zərbə – 30 milyon dollarlıq dələduzluq ifşa olundu

ABŞ-da pandemiya yardımlarını mənimsəyən erməni cinayətkar dəstənin başçısı həbs olunub.

Musavat.com xəbər verir ki, bu barədə görüntüləri "Fox News" telekanalı yayımlayıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) məlumatına görə, Los-Ancelesdə saxlanılan şəxs — Uilyam Makgreyən — 30 milyon dollarlıq dələduzluq sxeminin əsas təşkilatçısı hesab olunur. Onunla birlikdə daha 13 erməni mənşəli şəxs də həbs edilib. Onların əksəriyyətinin artıq ABŞ vətəndaşlığı aldığı bildirilir.

İstintaq materiallarına əsasən, dəstə saxta şirkətlər yaradıb, yalan sənədlər təqdim edərək COVID-19 pandemiyası dövründə ayrılmış yardımları qanunsuz şəkildə mənimsəyib. Pulların bir hissəsi dəbdəbəli evlər və bahalı əşyaların alınmasına xərclənib, qalanı isə Ermənistana çıxarılıb.

Cinayətkar qrupa qarşı dələduzluq, bank fırıldağı və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR