Onlayn ictimai-siyasi qəzet
ABŞ-da 243 milyon dollar dəyərində irimiqyaslı kriptovalyuta oğurluğu fırıldaqının üstü açılıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yeniyetmə cinayətkarlar pulları dəbdəbəyə xərcləyib, Minecraft oyununda “yuyublar”.
Bildirilir ki, 2024-cü ilin avqustunda Vaşinqtonda yaşayan kriptovalyuta investoru özünü Google və Gemini kriptovalyuta mübadilə işçiləri kimi təqdim edərək onu aldadan fırıldaqçıların qurbanı oldu. Onun şəxsi məlumatlarını əldən edən kələkbazlar bundan istifadə edərək 243 milyon dollar dəyərində rəqəmsal aktivləri oğurlayıblar.
Bir neçə həftə sonra, Konnektikut şəhərinin Danberi şəhərində Morgan Stanley vitse-prezidenti altı maskalı şəxs tərəfindən adamqaçırma cəhdinə məruz qalıb. Sonradan məlum olub ki, hər iki cinayət bir-biri ilə əlaqəlidir və eyni mütəşəkkil dəstənin əməlidir.
İstintaq müəyyən edib ki, sxem iştirakçıları, o cümlədən yeniyetmələr oğurlanmış vəsaitləri Minecraft vasitəsilə yuyublar. Bu pullar dəbdəbəli avtomobillərə, yaxtalara və hətta şəxsi təyyarələrə xərclənib.
Cinayətkarları peşəkar müstəntiq yox, canilərin İnternetdəki ictimai aktivliyi sayəsində onların izinə düşən həvəskar şəxs ifşa edib
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ