İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də tibbi yardım helikopteri qəzaya uğradı

ABŞ-də təcili tibbi yardım xidmətinin helikopteri Kaliforniyanın Sakramento şəhərində magistral yola düşüb.

Musavat.com xəbər verir ki, məlumatı CBS telekanalı yayıb.

Yerli yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza nəticəsində azı 3 nəfər ağır xəsarət alıb. Helikopterin xəstəxanaya və ya xəstəxanadan çağırışa getdiyi hələ məlum deyil.

Qəzanın baş verdiyi ərazinin yaxınlığındakı magistral yol bağlanıb, hadisənin səbəbləri ilə bağlı hələlik məlumat verilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR