Onlayn ictimai-siyasi qəzet
İranın dövlət televiziya və radio şirkəti xəbər verir ki, ABŞ-ın Bəhreyn, Küveyt və Qətərdə yerləşən hərbi bazalarında təhlükə siqnalı verilib.
Musavat.com xəbər verir ki, eyni zamanda İraqdakı bir neçə bazada da həyəcan siqnalları eşidilir və yüksək səviyyəli hərbi hazırlıq vəziyyəti elan edilib.
İran mediası bu məlumatı "Qələbə müjdəsi" adlandırılan əməliyyatla birbaşa əlaqələndirir və bildirir ki, hədəf alınan ABŞ mövqelərinə qarşı cavab tədbirləri davam edir. Hələlik hücumun miqyası və dəqiq nəticələri barədə rəsmi məlumat açıqlanmayıb.
Regionda vəziyyətin gərginləşdiyi bir vaxtda verilən bu xəbər yeni hərbi eskalasiya təhlükəsini artırır. ABŞ Müdafiə Nazirliyindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur, lakin müşahidəçilər hesab edirlər ki, qarşıdakı saatlar və günlər regionun gələcək hərbi-siyasi taleyi baxımından həlledici ola bilər.
Musavat.com
24 Iyun 2025
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ