İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Pekindən İrana Hörmüzü bağlamaması üçün çağırış etməsini istəyir – Rubio

ABŞ Çin hökumətini İranı Hörmüz boğazını bağlamamağa inandırmağa çağırır.

Musavat.com xəbər verir ki, bunu Fox News telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib: "Mən Pekindəki Çin hökumətini bu məsələ ilə bağlı onlara zəng vurmağa çağırıram, çünki onlar(Çin –red.) özləri neft nəqli baxımından Hörmüz boğazından çox asılıdırlar".

Onun sözlərinə görə, bu, “dəhşətli səhv olardı”. Dövlət katibi vurğulayıb ki, Tehranın belə addımı “kütləvi eskalasiyaya” gətirib çıxaracaq və buna təkcə ABŞ deyil, digər ölkələr də cavab vermək məcburiyyətində qalacaq.


Rubio həmçinin deyib ki, ABŞ İrana qarşı yeni hərbi əməliyyatlara başlamaq niyyətində deyil: “Əgər onlar axmaq bir şey edib amerikalılara və ya Amerikanın maraqlarına zərbə vurmasalar, bu zaman İrana qarşı hər hansı hərbi əməliyyata başlamaq planları yoxdur. Onda onların problemləri olacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR