İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “Bahar nəğmələri” adlı möhtəşəm konsert proqramı keçirilir

Bakıda Beynəlxalq Muğam Mərkəzində “Bahar nəğmələri” adlı konsert proqramı keçirilir.

Musavat.com xəbər verir ki, konsert saat 19:00-da başlayıb və hazırda davam edir.

Konsertdə Şimali Kipr Türk Respublikasının tanınmış ifaçısı, San Remo Mahnı Müsabiqəsinin qalibi Bahar Gökhan və Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu Nərgiz Əliyeva bu axşam birgə səhnə alırlar. Musiqi axşamı klassik musiqi sevərlərə unudulmaz anlar və bahar əhval-ruhiyyəsi bəxş edir.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin təşkilati dəstəyi ilə baş tutur. 

Konsertdən foto və videoları təqdim edirik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR