Onlayn ictimai-siyasi qəzet
Boliviyanın Santa Kruz məhkəməsi insan alverində şübhəli bilinən keçmiş prezident Evo Moralesin həbsinə dair orderi ləğv edib.
“Report” xəbər verir ki, bu barədə yerli “El Pais” qəzeti məlumat yayıb.
Məlumata görə, hakim Lilian Morano istintaqın dayandırılması və işin Tarihi departamentindən alınaraq Koçabamva departamentinə verilməsi barədə göstəriş verib. Nəşr qeyd edir ki, Morales bu regionda böyük siyasi dəstəyə malikdir.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Tarihi departament prokurorluğu 65 yaşlı Moralesə qarşı insan alveri ittihamı irəli sürdüyünü və onun həbsinə order verilməsini açıqlamışdı. Eks-prezident özünü siyasi təqib qurbanı hesab edir.
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ