İnsanlara hürriyət, millətlərə istiqlal!

Dron təhlükəsi böyüyür: Rusiya "Şahed"ləri daha ÖLÜMCÜL ETDİ

Rusiya “Şahed-136” kamikadze dronları üçün modernləşdirilmiş döyüş başlıqlarından istifadə etməyə başlayıb.

Musavat.com xəbər verir ki, “Defense Express”in məlumatına görə, standart 50 kiloqramlıq partlayıcılar əvəzinə indi bu dronlara 90 kiloqramlıq yeni döyüş başlıqları quraşdırılır ki, bu da onların dağıdıcı gücünü əhəmiyyətli dərəcədə artırır.

Mənbə iki yeni başlıq növünü qeyd edir. Rusiya modifikasiyasında kumulyativ-parçalanan-fuqas-yanğın təsirli döyüş başlığı ( KOFZBCh) istifadə olunur. Bu başlıq trotil və heksoqen qarışığından, eləcə də 3500°C-yə qədər yanma temperaturuna malik metal hidrid əsaslı alışqan maddədən ibarətdir. İran versiyasında isə yanğın yaradan komponentlər yoxdur, lakin oktogen və alüminium əsaslı partlayıcı maddələrdən istifadə olunur.

Qeyd olunur ki, 2023-cü ildən etibarən Rusiya 50 kiloqramlıq kombinə olunmuş təsirli döyüş başlıqlarından, o cümlədən termobarik effektli və əvvəlcədən hazırlanmış dağıdıcı elementlərə malik versiyalardan istifadə edir. 2024-cü ildə isə arsenala termobarik TBBÇ-50 başlıqları da əlavə olunub.

“Şahed-136” dronlarının Rusiyada, Tatarıstan və İjevskdə istehsalına başlanmasına baxmayaraq, Moskva hərbi sahədə Tehranla fəal əməkdaşlığı davam etdirir. Döyüş başlıqlarının gücləndirilməsi ilə yanaşı, bu dronlar həm də komponent baxımından təkmilləşdirilir, xüsusilə də Ukraynanın radioelektron mübarizə sistemlərinə qarşı yönəldilmiş peyk naviqasiya sistemləri ilə təchiz olunur.

Digər tərəfdən, Ukrayna da dronların aşkarlanması və zərərsizləşdirilməsi sahəsində texnologiyalarını inkişaf etdirir. Bu da iki ölkə arasında bu sahədə yüksək texnologiyalı yarışa səbəb olur. Aviasiya eksperti Anatoli Xrapçinskinin sözlərinə görə, “Şahed”lərlə mübarizəni çətinləşdirən əsas faktor onların texniki üstünlüyü deyil, kütləvi şəkildə tətbiq olunmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR