İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda dövlət çevirilişinə CƏHD OLDU

Ermənistan İstintaq Komitəsi ölkədə terror aktı və hakimiyyəti zorla ələ keçirmə cəhdinin qarşısının alındığını açıqlayıb.

Musavat.com xəbər verir ki, rəsmi məlumata görə, bu hadisədə revanşist hərəkatın lideri, arxiyepiskop Bağrat Qalstanyan ittiham olunur.

İstintaq versiyasına əsasən, Qalstanyan və tərəfdarları sabiq hərbçilər və polis əməkdaşlarından ibarət, hər birində 25 nəfər olmaqla ümumilikdə 200 “zərbə” qrupu yaratmağı planlaşdırıblar.

Bu qruplar ölkənin müxtəlif yaşayış məntəqələrində yerləşdirilməli və Qalstanyanın təyin etdiyi vaxtda aktiv əməliyyatlara keçərək xaos yaratmalı imişlər.

Eyni vaxtda təşkil olunan etiraz aksiyaları isə diqqəti yayındırmaq məqsədi daşıyırmış. Hazırda istintaq davam edir, məsələ ilə bağlı Qalstanyan tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR