İnsanlara hürriyət, millətlərə istiqlal!

Gün ərzində neçə dəfə qidalanmaq məsləhətdir?

“Gün ərzində neçə dəfə yeməyin düzgün olduğu məsələsi insanın yaşından, həyat tərzindən, sağlamlıq vəziyyətindən və hətta fəsillərə görə dəyişə bilər”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, ümumilikdə isə sağlam bir insan üçün gün ərzində 3 əsas dəfə qidalanmaq daha məqsədəuyğundur:

“Bu rejim həm maddələr mübadiləsini aktiv saxlayır, həm də qan şəkərinin stabilliyinə kömək edir. Az-az, lakin tez-tez yemək mədə-bağırsaq sistemini yormadan, orqanizmi daimi enerji ilə təmin edir. Xüsusilə reflüks, şəkərli diabet, öd daşı xəstəliyi kimi problemləri olan şəxslər üçün bu cür qidalanma rejimi daha uyğundur. Əgər insanın hər hansı xroniki xəstəliyi yoxdursa, oturaq həyat tərzi keçirmirsə və porsiyalar balanslıdırsa, gündə 3 əsas yeməklə də kifayətlənmək mümkündür. Qidalanma tezliyi ilə yanaşı, yeməklərin keyfiyyəti və tərkibi də olduqca önəmlidir”.

Mütəxəssis-ekspert bildirib ki, fəsillər də orqanizmin qida ehtiyaclarını dəyişir:

“Yay aylarında havanın temperaturu yüksək olduğu üçün iştah azalır, orqanizm daha çox maye və yüngül qidalar tələb edir. Belə günlərdə tez-tez ağır yeməklər yemək orqanizmdə narahatlıq, tərləmə və həzm pozğunluqları yarada bilər. Yayda daha çox tərəvəz, meyvə, süd məhsulları və bol su qəbul etmək tövsiyə olunur. Qış aylarında isə maddələr mübadiləsi bir qədər yavaşladığı üçün orqanizm daha çox enerji və qida tələb edir. Iştaha artır və doyumlu, isti yeməklərə meyl artır. Lakin bu dövrdə də qida miqdarını deyil, keyfiyyətini və balansını qorumaq daha vacibdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR