İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan İstintaq Komitəsi həbslərlə bağlı bəyanat yaydı  


Ermənistan Respublikasının İstintaq Komitəsi bu gün baş verən həbslərlə bağlı bəyanat yayıb.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bəyanatda deyilir: “Müqəddəs Mübarizə” adlı hərəkatın rəhbərləri və iştirakçıları barəsində terror aktları və hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq faktları üzrə başlanmış cinayət işi çərçivəsində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İstintaq Komitəsinin əməkdaşları Milli Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin polis qüvvələri ilə birlikdə 90-dan artıq ünvanda axtarış aparıblar. Axtarışlar nəticəsində ilkin istintaq zamanı əldə edilmiş məlumatları təsdiqləyən əşyalar və sənədlər, habelə sübut dəyərinə malik digər inkarolunmaz faktlar aşkarlanıb.

Bunlara aşağıdakılar daxildir: odlu silah və sursat, fəaliyyət planları, verbovka edilmiş şəxslərin siyahıları, metal predmetlər, pirotexniki vasitələr (petardlar), tüstü bombaları, hərbi ləvazimatlar, radioəlaqə cihazları, pilotsuz uçuş aparatları, narkotikə bənzər ot kütlələri, zorakı hakimiyyət ələ keçirildikdən sonra icra hakimiyyəti orqanlarında təyin olunacaq şəxslərin siyahısı, cinayətkar qrupun törədəcəyi qanunsuz əməllərin dəqiq planlaşdırılmasına dair sənədlər, bu əməllərin ardıcıllığı və xronologiyasını əks etdirən məlumatlar və s.

Müstəntiqlərin vəsatəti əsasında prokuror 16 nəfər barəsində ictimai cinayət təqibi başlanması barədə qərar verib və bu qərarlar təsdiqlənib. Hazırda 14 nəfər rəsmi qaydada saxlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR