Onlayn ictimai-siyasi qəzet
Füzulidə baş verən qəza zamanı ölənlərin kimliyi məlum olub.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, qəza rayonun 6 saylı Qayıdış qəsəbəsində baş verib.
Hadisə zamanı "Mercedes" markalı avtomobildə olanlar Qurbanov Nicat, onun qardaşı Qurbanov Ceyhun və Süleymanov Elçin hadisə yerində həyatını itirib. Digər "KİA" markalı avtomobilin sürücüsü Qənbərov Bəndalı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, B.Qənbərovun vəziyyəti ağır olduğundan Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ