Onlayn ictimai-siyasi qəzet
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının yaratdığı silahlı qüvvələr Təl-Əvivdə yerləşən Ben Qurion hava limanına hipersəs ballistik raketlə hücum etdiklərini bildiriblər.
Musavat.com xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalı vasitəsilə məlumat verib.
“Raket qüvvələri hərbi əməliyyat keçirərək Ben Qurion kimi tanınan Lod hava limanına hipersəs ballistik raketlə zərbə endirib”, – deyə Sariya bildirib.
Sariyanın sözlərinə görə, raket hədəfə uğurla çatıb və İsrailin hava hücumundan müdafiə sistemləri onun qarşısını ala bilməyib. O, əlavə edib ki, Ben Qurion hava limanının fəaliyyəti təxminən bir saat müddətinə dayandırılıb.
Husilərin silahlı qüvvələrinin nümayəndəsi həmçinin bildirib ki, Yəmən üsyançılarının tərəfdarları Təl-Əviv bölgəsində İsrailə məxsus mühüm hədəfi pilotsuz uçuş aparatı ilə də vurublar.
Qeyd edək ki, cümə günü İsrail Müdafiə Ordusunun mətbuat xidməti bəzi bölgələrdə Yəmən ərazisindən atılan raket səbəbilə hava həyəcan siqnallarının işə düşdüyünü açıqlayıb. Daha sonra İsrail ordusu raketin ələ keçirildiyini bəyan edib.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ