İnsanlara hürriyət, millətlərə istiqlal!

İçkili polyak miqrantı yerlə sürüdü - ANBAAN VİDEO 

Polşada miqrantlara qarşı aqressiya artır – yeni görüntülər narahatlıq doğurur

Son aylarda Polşada, xüsusilə də böyük şəhərlərdə yerli əhalinin gəlmələrə və miqrantlara münasibəti daha da sərtləşib.

Polşada yaşayan Musavat.com oxucularının verdiyi məlumata görə, artıq bu, təkcə sosial səviyyədə qalmır, böyük siyasət müstəvisinə də sıçrayır.

Buna dair daha bir fakt paytaxt Varşavanın Praqa rayonunda qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videoda açıq şəkildə görünür ki, içkili vəziyyətdə olan bir polyak naməlum səbəbdən bir miqranta yaxınlaşaraq onu əvvəlcə sözlə, daha sonra isə fiziki formada təhqir və zorakılığa məruz qoyur. Hadisənin davamında o, velosiped sürən miqrantı qəfil dartaraq yerə yıxır və yolun kənarında onu sürüyür.

Hadisənin konkret nədən qaynaqlandığı bəlli deyil. Yerli mediada da bununla bağlı detallı məlumat verilməyib. Lakin müşahidəçilər hesab edirlər ki, son dövrlər Polşada artan iqtisadi və sosial gərginlik, həmçinin sağ populist siyasətçilərin ritorikası miqrantlara qarşı aqressiyanı qızışdıran başlıca amillərdəndir.

Xatırladaq ki, Polşa Avropa İttifaqının ən çox miqrant qəbul edən ölkələrindən biridir. Son illər Ukrayna müharibəsi ilə bağlı artan miqrasiya axını, eyni zamanda Orta Asiya və Qafqaz ölkələrindən gələn işçi qüvvəsi bu ölkədə müəyyən narahatlıqlar yaradıb. Lakin ekspertlər bildirirlər ki, bütün hallarda problemin həlli zorakılıqdan keçmir və cəmiyyətlərdə tolerantlığın qorunması üçün maarifləndirmə işləri daha da gücləndirilməlidir.

Musavat.com yaxın günlərdə mövzu ilə bağlı əlavə araşdırmalar təqdim edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR