Onlayn ictimai-siyasi qəzet
ABŞ İsrailin başlatdığı hərbi əməliyyatlara qoşularsa, İran Yaxın Şərqdəki Amerika qoşunlarına zərbə endirməyə hazır olacaq.
Musavat.com xəbər verir ki, bunu NBC News telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, müharibənin qanunu belədir: "Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başa düşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur".
İran XİN rəhbəri əmindir ki, ABŞ prezidenti Donald Tramp istəsə, bir telefon danışığında İsraili İrana hücumu dayandırmağa razı sala bilər. "Bütün bunlara son qoymaq üçün Vaşinqtondan Təl-Əvivə bir zəng yetərlidir".
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ