İnsanlara hürriyət, millətlərə istiqlal!

“İsrail dünyada ən təcrid olunmuş dövlətə çevrilib” – keçmiş müdafiə naziri

 İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman ölkəsinin hazırda dünyanın ən təcrid olunmuş dövləti olduğunu bildirib.

Musavat.com xəbər verir ki, o, bu vəziyyətin əsas səbəbi kimi Qəzza zolağında davam edən müharibəni göstərib. Libermanın fikrincə, məhz müharibə İsrailin beynəlxalq arenada dəstəyini zəiflədib və onu siyasi cəhətdən təklənmiş vəziyyətə salıb.

Xatırladaq ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar xüsusilə son aylarda çoxsaylı beynəlxalq tənqidlərə səbəb olub. Bir sıra ölkələr bu səbəbdən Təl-Əvivlə münasibətlərə yenidən baxdıqlarını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR