Onlayn ictimai-siyasi qəzet
İsrail rəsmiləri İrandan atılan raket hücumuna cavab olaraq həyata keçirilən hərbi əməliyyatın başa çatdığını elan ediblər.
Musavat.com xəbər verir ki, rəsmi açıqlamaya əsasən, İsrail Hərbi Hava Qüvvələri Tehrana yaxın ərazidə yerləşən bir radar obyektinə zərbə endirib.
Bəyanatda qeyd olunur ki, əməliyyat lokal xarakter daşıyıb və miqyası məhdud olub. İsrail tərəfi bunu atəşkəs rejiminin pozulmasına cavab olaraq həyata keçirilmiş ölçülü və məqsədyönlü hərəkət kimi qiymətləndirib.
“Bu zərbə ilə İsrail atəşkəs rejiminin pozulmasına cavabını başa çatdırmış sayır,” – deyə rəsmi açıqlamada bildirilir.
Musavat.com
25 Iyun 2025
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ