Onlayn ictimai-siyasi qəzet
İsrail polisi “Al Jazeera” telekanalı üçün fotoşəkillər çəkən bir jurnalisti saxlayıb.
Musavat.com xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxs raket zərbələrindən birinin dəqiq yerini açıqlayıb.
"Şəxs, çəkiliş zamanı İsrail ərazisinə düşən raketin dəqiq koordinatlarını ifşa edib, bu isə təhlükəsizlik baxımından ciddi pozuntu hesab olunur," – deyə polis açıqlayıb.
Hadisə ilə bağlı əlavə araşdırma aparılır. Qətər mərkəzli “Al Jazeera” telekanalı hələlik bu məsələ ilə bağlı rəsmi münasibət bildirməyib.
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ