Onlayn ictimai-siyasi qəzet
İsrail Suriyanın cənubundakı Deraa əyalətinə aviasiya zərbələri endirib.
Musavat.com xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi bunun həmin ərazidən İsrailə doğru iki raketin atılmasına cavab olduğunu elan edib.
Nazirliyin məlumatına görə, raketlər yaşayış olmayan çöllük əraziyə düşüb. Buna baxmayaraq, İsrail raketlərin atılmasında Suriya hakimiyyətini suçlayıb, müdafiə naziri İsrael Katz hadisəyə görə birbaşa Suriya prezidenti Əhməd əl-Şaranın məsuliyyət daşıdığını açıqlayıb.
Suriya hakimiyyəti isə raketlərin dövlətə məxsus ordu tərəfindən atılmadığın elan edərək, İsrailin Suriya ərazisini atəşə tutmasını pisləyib. Ərəb Respublikasının Xarici İşlər Nazirliyi müvafiq bəyanatla çıxış edib: "Biz hələ də Suriyadan İsrailə atılan atəşlə bağlı məlumatları yoxlayırıq və bəyan edirik ki, ölkəmiz Yaxın Şərqdə heç bir dövlət üçün təhlükə törətməyib və törətməyəcək. İsrailin Dəra əyalətini hədəf alan hücumunu qətiyyətlə pisləyirik və bunu Suriyanın suverenliyinin kobud şəkildə pozulması hesab edirik”.
Suriya Xarici İşlər Nazirliyi əlavə edib ki, ölkə rəhbərliyinin fikrincə, insident bəzi “regionda sabitliyi pozmağa çalışan qüvvələrin” işi ola bilər. Dəməşq “ölkə boyu öz səlahiyyətlərini genişləndirməkdə və qeyri-qanuni silah ticarətinə son qoymaqda maraqlı olduğunu” vurğulayıb.
Musavat.com
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ