Onlayn ictimai-siyasi qəzet
Fransanın Alpes-Maritimes departamentində elektrik kəsilməsi səbəbindən Kann Film Festivalının proqramı yarımçıq qalıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kannda və qonşu şəhərlərdə 1600-ə yaxın ev işıqsız qalıb.
Bildirilir ki, elektrikin kəsilməsinə səbəb Fransanın Sahilyanı Alp departamentində böyük yarımstansiyada qəsdən törədilən yanğındır.
Kann Film Festivalı bu gün başa çatır. Yerli mətbuat xəbər verir ki, festivalın əsas iqamətgahı müstəqil enerji mənbəyinə qoşulub cə bağlanış mərasimi planlaşdırıldığı kimi davam etməlidir.
Hazırda bütün şəhərdə elektrik enerjisi kəsilib: mağaza və restoranlarda işıqlar sönüb, ödənişlər yalnız nağd şəkildə həyata keçirilib, işıqforlar söndürülüb, internet kəsilib. Screen Daily xəbər verir ki, bir neçə kinoteatrda da elektrik enerjisi kəsilib.
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ