İnsanlara hürriyət, millətlərə istiqlal!

Los-Anceles yanğınından əziyyət çəkənlər üçün toplanan 100 milyon dollar itib – Trampdan sensasion iddia

ABŞ prezidenti Donald Tramp Kaliforniyada meşə yanğınlarının qurbanlarına yardım toplanılan FireAid təşəbbüsünü fırıldaq adlandırıb.

Musavat.com xəbər verir ki, o, Truth Social hesabında kampaniya zamanı toplanan vəsaitin 100 milyon dollarının yoxa çıxdığını bildirib: “FireAid” tam fəlakətdir. Bu, demokratlardan ilhamlanmış başqa bir fırıldağa bənzəyir. 100 milyon dollar itib, ortada yoxdur".

Qeyd edək ki, Kaliforniyanın cənub hissəsində, Los-Anceles bölgəsində, yanvar ayında meşə yanğınları nəticəsində 30-dan çox adam həlak olub, 18 minə yaxın müxtəlif bina dağılıb. İctimai təşkilatlar, o cümlədən Demokrat Partiyası ilə əlaqəli olanlar yanğınlar nəticəsində zərər çəkən və ya əmlakını itirənlərin ehtiyacları üçün ianə aksiyası elan ediblər. Bu təşəbbüs çərçivəsində yanvarın 30-da Kaliforniyada müğənnilər Billi Eyliş, Ledi Qaqa, Keti Perri və digər məşhur ifaçıların iştirakı ilə xeyriyyə konserti keçirilib. Təxminən 100 milyon dollar toplanıb, lakin Fox News kanalının verdiyi məlumata görə, vəsait sonradan bir sıra qeyri-hökumət təşkilatları arasında bölüşdürülüb və birbaşa zərərçəkənlərə ötürülməyib.

Respublikaçı Tramp növbəti dəfə sosial mediada Kaliforniya qubernatoru Qevin Nyusomu (demokrat) tənqid edib. Prezidentin sözlərinə görə, dövlət orqanları vaxtında müvafiq tədbirlər görsəydilər, yanğınların qarşısını ala bilərdilər. Trampın sözlərinə görə, Los-Ancelesin yanğınlar zamanı üzləşdiyi su çatışmazlığına ilk növbədə Nyusomun ondan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmaq istəməməsi səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR