İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: Qəzzada atəşkəs təmin olunmadan Yaxın Şərqdə sabitlik mümkün deyil  


Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə davamlı sabitliyin yalnız Qəzza zolağında atəşkəsin təmin olunması ilə mümkün olacağını bildirib.

Musavat.com xəbər verir ki, o, beynəlxalq ictimaiyyətin regionda vəziyyəti sabitləşdirmək üçün göstərdiyi səylərə rəğmən, gərginliyin hələ də yüksək olduğunu vurğulayıb.

“Hazırda regionda vəziyyət son dərəcə həssas və qeyri-sabitdir. Qəzzada dərhal atəşkəs elan olunmadan Yaxın Şərqdə davamlı sülh və sabitlik əldə etmək mümkün deyil,” – deyə Makron qeyd edib.

Fransa Prezidenti həmçinin tərəfləri beynəlxalq hüquqa hörmət etməyə, mülki əhalinin təhlükəsizliyini təmin etməyə və humanitar yardımın fasiləsiz şəkildə çatdırılmasına şərait yaratmağa çağırıb.

 Makron beynəlxalq birliklə əməkdaşlıq çərçivəsində bölgədə sülhün bərpası üçün Fransanın səylərini davam etdirəcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR