Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqını İsrailə qarşı münasibətini sərtləşdirməyə çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Makron bildirib ki, əgər Qəzza zolağındakı humanitar vəziyyət yaxın zamanda yaxşılaşmasa, Avropa İsrailə qarşı ortaq mövqeyini dəyişməlidir. Sinqapura səfəri zamanı çıxış edən Makron qeyd edib ki, artıq 11 həftədir davam edən humanitar yardım blokadası Qəzza əhalisini aclıq təhlükəsi ilə üz-üzə qoyub və bu vəziyyətə Avropa səssiz qala bilməz.
O xəbərdarlıq edib ki, əgər İsrail tərəfindən dərhal konkret addımlar atılmasa, Avropa Birliyi İsrailə qarşı daha sərt tədbirlərə əl atacaq.
Makron çıxışında əlavə edib ki, Fələstin dövlətini tanımaq həm mənəvi məsuliyyət, həm də siyasi zərurətdir.
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ