İnsanlara hürriyət, millətlərə istiqlal!

Merz G20 sammitində iştirak edəcək – Tramp hələ susur

Almaniya kansleri Fridrix Merz Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə telefon danışığı aparıb və onun noyabrda Yohannesburqda keçiriləcək G20 sammitində iştirak üçün dəvətini qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius deyib.

O qeyd edib ki, liderlər Almaniya və Cənubi Afrika arasında “yaxın və müxtəlif münasibətlərin” vacibliyini vurğulayıblar. Merz və Ramafosa həmçinin, xüsusilə iqtisadi sahədə tərəfdaşlıqlarını dərinləşdirmək barədə razılığa gəliblər: "Kansler Cənubi Afrikanın G20-nin sədri kimi mühüm rolunu qeyd etdi. O, noyabrda Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etmək dəvətini qəbul etdi".

Cənubi Afrika ötən il dekabrın 1-dən 12 ay müddətinə Braziliyadan G20-yə sədrliyi qəbul edib. Bu ilki sammitin mövzusu “Həmrəylik, bərabərlik və davamlılıq”dır. Pretoria müxtəlif formatlarda və müxtəlif səviyyələrdə 130-dan çox tədbir keçirir. Kulminasiya nöqtəsi noyabrın 22-də Yohannesburqda başlanması planlaşdırılan G20 sammiti olacaq. Cənubi Afrikanın prezidentlik müddəti noyabrın 30-da başa çatacaq və ABŞ-a keçəcək.

ABŞ prezidenti Donald Tramp CAR-da ağdərili insanlara qarşı ayrı-seçkilik tətbiq olunduğunu əsas gətirməklə, G20 toplantısında iştirak etməyəcəyini açıqlamışdı. Ötən həftə Ramafosa Vaşinqtona gedərək onunla görüşdükdən sonra Trampın qərarını dəyişib-dəyişmədiyinə dair açıqlama verilməyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR