İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda mikroavtobus dərəyə aşdı: 4 nəfər... - FOTO

Naxçıvanda mikroavtobus dərəyə aşıb, 4 nəfər xəsarət alıb.

Hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 67-BF-243 dövlət nömrəli nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirib. Yoldan çıxaraq dərəyə aşan mikroavtobusda olan sərnişinlərdən 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.  (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR