İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan keçmiş prezidentləri məsxərəyə qoydu - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sabiq rəhbərləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanı Qarabağ məsələsində nəticə əldə etmədiklərinə görə tənqid edib.

Musavat.com xəbər verir ki, Paşinyan keçmiş liderlərin iddialarını istehza ilə xatırladıb:

“Biri deyir: 1994-cü ilin Budapeşt sənədi ilə biz Qarabağ məsələsini belə həll edirdik.
İkincisi deyir: 2001-ci ilin Ki-Vest sənədi ilə biz Qarabağ məsələsini belə həll edirdik.
Üçüncüsü deyir: 2011-ci ilin Kazan sənədi ilə biz Qarabağ məsələsini belə həll edirdik.

Və hər biri qərarlarını elə təsvir edir ki, biri o birindən ‘gözəl’dir! Bəs onda niyə həll etmədiniz?” – deyə Paşinyan sual edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR