İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian Qətər əmirinə ZƏNG ETDİ

İran prezidenti Məsud Pəzeşkiyan ABŞ-ın Qətərdə yerləşən "Əl-Üdeyd" hərbi bazasına endirilən zərbələrdən sonra Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb və yaxın vaxtlarda şəxsən görüşəcəyinə ümid etdiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“İran Qətərlə qarşılıqlı faydalı dostluq və qardaşlıq münasibətlərini genişləndirməkdə maraqlıdır. Ümid edirəm ki, ilk fürsətdə Dohada sizinlə görüşəcəm, münasibətləri yaxşılaşdırmaq yollarını müzakirə edək", - agentlik Pəzeşkiyanın sözlərini sitat gətirib.

Qətər əmiri İran prezidentini əmin edib ki, ABŞ-ın "Əl-Üdeyd" bazası İrana qarşı istifadə edilməyib və olmayacaq

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR