Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin də Türkiyəyə gələcəyi təqdirdə mayın 15-nə planlaşdırılan Rusiya-Ukrayna danışıqlarına qatılmaq üçün İstanbula gedə bilər.
Bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Foks Biznes” telekanalına müsahibəsində bildirib.
“Ümid edirik ki, Prezident Putin orada olacaq. Elə olsa, Prezident Tramp da gələcək. Bu, heyrətamiz görüş olardı”, - o deyib.
Teleqram kanallarında yayılan xəbərlərə görə, Rusiya prezidenti İstanbula qırıcılarla gələcək. Putinin öz qərarını saatlar sonra elan edəcək.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Tərlan Eyvazovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.facebook.com/tvmusavat
ŞƏRHLƏRŞƏRH YAZ